Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvünün sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar” deyə məlumatda bildirilib.
Xatırladaq ki, şəhər sakinləri - 1992-ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, onun övladları 2015-ci il təvəllüdlü Rəbiyə Ramazanlı, 2016-cı il təvəllüdlü Rüqayyə Ramazanlı və 2022-ci il təvəllüdlü Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, ailə bazardan alınan xiyardan zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:34 / 22.04.2025
Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU
Hazırda oxunan: Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU
Hazırda oxunan: Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU
245427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.