Partlayış baş verən ev spirt sexi olub - YENİLƏNİB

Partlayış baş verən ev spirt sexi olub - YENİLƏNİB

Hazırda oxunan: Partlayış baş verən ev spirt sexi olub - YENİLƏNİB

245414

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***09:31

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

Bizim.Media xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO