Gəncədə yerləşən xəstəxanalardan birinə bədənin kəşisi deşici yaraları diaqnozu ilə bir nəfər daxil olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 1995-ci il təvəllüdlü Əli Ələkbərov bıçaqlanıb.
Otuz yaşlı kişi dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Ə.Ələkbərovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. İlkin versiyaya görə, o, baş verən mübahisə nəticəsində yaranan dava zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu