Bu gün axşam saatlarında Cəlilabad rayonunun Alar kəndində faciə yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2017-ci il təvəllüdlü kənd sakini Muradov Nizami Bəfadin oğlu ailəyə məxsus həyətdə olarkən üzərinə daş hasar aşıb.
Hadisə zamanı azyaşlının atası da həyətdə iş görürmüş.
Yaxınlarının bildirdiyinə görə, sözügedən hasar köhnə olduğundan və möhkəm bünövrəyə malik olmadığından uzun müddətdir təhlükəli vəziyyətdə imiş və yaxın vaxtlarda təmir olunması planlaşdırılırmış.
Ağır bədən xəsarətləri alan uşaq dərhal xəstəxanaya aparılıb. Lakin həkim müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciəvi şəkildə həyatını itirən azyaşlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:13 / 21.04.2025
Cəlilabadda FACİƏ: Üzərinə hasar aşan azyaşlı həyatını itirdi - FOTO
Hazırda oxunan: Cəlilabadda FACİƏ: Üzərinə hasar aşan azyaşlı həyatını itirdi - FOTO
Hazırda oxunan: Cəlilabadda FACİƏ: Üzərinə hasar aşan azyaşlı həyatını itirdi - FOTO
245367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.