Papa Fransiskin mümkün varislərinin adları açıqlanıb.
Bizim.Media xəbər veirr ki, “La Stampa” nəşrinin məlumatına görə, Papa postuna ən çox ehtimal olunan namizəd hazırda Vatikanın dövlət katibi postunu tutan Pietro Parolindir.
Nəşr iddia edir ki, 70 yaşlı Parolin müxtəlif katolik ruhlarına diqqət yetirərək kilsənin açıqlığını qoruya bilər.
Bundan əlavə, Boloniya arxiyepiskopu, İtaliya yepiskopluğunun prezidenti və Vatikanın Ukraynadakı münaqişənin həlli üzrə elçisi 69 yaşlı kardinal Matteo Zuppinin pontifik olmaq şansı yüksəkdir. O, "yenilikçi və praqmatik yanaşma ilə" dialoq aparmağı bacaran kilsə nümayəndəsi hesab olunur.
Başqa bir namizəd 60 yaşlı Qüdsün Latın Patriarxı Pierbattista Pizzaballadır. Şərqlə Qərb arasında münasibətlərin tənzimlənməsi zərurəti, eləcə də dinlərarası dialoq apara bilməsi onun namizədliyi irəli sürülə bilər.
Qeyd edək ki, Roma Papası Fransisk bu gün 89 yaşında vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:45 / 21.04.2025
Papa Fransiskin yerinə namizədlər AÇIQLANDI - FOTO
Hazırda oxunan: Papa Fransiskin yerinə namizədlər AÇIQLANDI - FOTO
Hazırda oxunan: Papa Fransiskin yerinə namizədlər AÇIQLANDI - FOTO
245348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.