Repetitorlara BƏD XƏBƏR – “Yaxın 5 ildə...”

Repetitorlara BƏD XƏBƏR – “Yaxın 5 ildə...”

Hazırda oxunan: Repetitorlara BƏD XƏBƏR – “Yaxın 5 ildə...”

245300

Buraxılış imtahanlarının nəticələri cəmiyyətdə yeni müzakirələrə səbəb olub. Son günlər sosial şəbəkələrdə və təhsil mühitində yayılan fikirlərə görə, repetitorluq dövrü artıq başa çatmaq üzrədir. Bu müzakirələrə səbəb isə bir çox şagirdin buraxılış imtahınında əlavə hazırlıq keçmədən, kursa getmədən yüksək nəticələr əldə etməsidir. İnsanlar hazırkı imtahan sisteminin repetitorluğa olan ehtiyacı azaltdığını düşünür.

Bəs bu, repetitorluq kurslarının bağlanması və ya funksiyasının dəyişməsi ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli bildirib ki, uzun illərdir dəb halını alan repetitorluq fəaliyyəti sıradan çıxacaq.

"Son 5 ilin nəticələrinə nəzər saldıqda ortaya çox ciddi rəqəmlər çıxır. 2020-ci ildə cəmi 5, 2021-ci ildə 2,  2022-ci ildə 2, 2023-cü ildə ümumiyyətlə yaxşı nəticə göstərən şagird olmayıb. 2024-cü ildə 55, bu il isə 43 nəfər maksimum yəni 300 ballıq nəticə göstərib. Ümumilikdə sadaladığım 2020-2023-cü illərdə 250 baldan yuxarı göstəricisi olan şagirdlərin sayı çox aşağıdır.

Nəticələri analiz edərkən bəlli olur ki, Dövlət İmtahan Mərkəzi (DİM) ona qarşı olan ictimai qınaq səbəbindən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, Elm və Təhsil Nazirliyinin isə təqdim etdiyi proqrama uyğun suallar hazırlayıb. Ona görə də belə nəticələr ürəkaçan olub.

Bəs, indiyədək bunun olmamasının səbəbi nədir?

Çünki DİM özünə yaxın, sıx əlaqədə olduğu  kurslara özünün bunker müəllimlərini yerləşdirməklə abituriyentləri ora cəlb edirdilər. Bu, ayrı-ayrı rəhbər şəxslər üçün gəlir mənbəyi hesab olunurdu. Görünür bunker müəllimlər və repetitorluqla bağlı müəyyən informasiyalar müzakirə edildikdən sonra prosesə təsir etdi. Bu il regionlarda, kəndlərdə də şagirdlər yüksək nəticə göstərdilər. Onlar repetitor yanına getmədən buna nail olublar”, - o, deyib.

Ekspertin sözlərinə görə, yaxın 5 il ərzində sözügedən fəaliyyətin və hazırlıq kursları mahiyyətini itirəcək:

“Repetitorluqla bağlı elə bir aludəçilik yaranmışdı ki, cəmiyyətin bir çox nümayəndələri hazırlıq keçmədən yüksək nəticə göstərməyin mümkün olmadığnı düşünürdülər. Lakin repetitorluq alovlandığı kimi sönə-sönə gedəcək. Yaxın 5 il ərzində cəlbediciliyini itirəcək”, - deyə M.Məmmədli fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO