Oğuz rayonunun Padar kəndində Müşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb.
Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.
Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.
Hadisənin elektrik naqillərində baş verən nasazlıqdan qaynaqlandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu