Gəncədə bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü E.İsmayılov evə buraxılıb.
Bizim.Media-nın yerli bürosu Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər verir ki, 20.04.2025-ci il tarixində saat 19:00 radələrində 1990-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol budun deşilmiş yarası və sağ budun üçdə bir hissəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb” deyə məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:53 / 21.04.2025
Gəncədə bıçaqlanan kişi evə buraxıldı
Hazırda oxunan: Gəncədə bıçaqlanan kişi evə buraxıldı
Hazırda oxunan: Gəncədə bıçaqlanan kişi evə buraxıldı
245232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.