"Bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq" - Eldar Əzizovdan yağışla bağlı AÇIQLAMA

"Bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq" - Eldar Əzizovdan yağışla bağlı AÇIQLAMA

Hazırda oxunan: "Bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq" - Eldar Əzizovdan yağışla bağlı AÇIQLAMA

245217

“Ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, yerli KİV-lərin müraciətinə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edib.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
 

“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”, - o bildirib.


İcra başçısı qeyd edib ki, bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur:

“Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO