"Fənərbağça"nın heyətində ciddi itki baş verib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa nəhənginin yarımmüdafiəçisi Mert Hakan Yandaşın səhhətində problem yaranıb.
İnfeksiya aşkarlanan 30 yaşlı türk futbolçu xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizim.Media