Vüqar İskəndərov: “Azərbaycan və Gürcüstan daha böyük layihələrə imza atacaqlar”

Vüqar İskəndərov: “Azərbaycan və Gürcüstan daha böyük layihələrə imza atacaqlar”

Hazırda oxunan: Vüqar İskəndərov: “Azərbaycan və Gürcüstan daha böyük layihələrə imza atacaqlar”

244844

“Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə öz töhfəsini verir. Necə ki əsrlər boyu xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar, bu gün də bu ənənə belə davam edir. 

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi yüksəksəviyyəli təmaslar bundan sonra da müntəzəm xarakter daşıyacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.
 

İki ölkə arasındakı münasibətlər elə bir səviyyəyə çatmışdır ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. 


Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bu baxımdan iki ölkənin gələcəkdə daha böyük layihələrə imza atacağı heç bir şübhə doğurmur. Çünki Prezident İlham Əliyev regionda elə bir konfiqurasiya yaratmışdır ki, Cənubi Qafqazda baş verəcək proseslərdə əsas aktyor daim Azərbaycan olacaq. 

Bu baxımdan iki ölkə arasındakı bütün istiqamətlərdə əlaqələrin yüksək səviyyədə olması Gürcüstan üçün də bir üstünlükdür.

Təsadüfi deyil ki, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO