Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala vəsiqə qazandı

Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala vəsiqə qazandı

Hazırda oxunan: Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala vəsiqə qazandı

244742

Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, finalçılar GİN-in Voleybol Mərkəzində bəlli olub.

“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. İlk görüşdə qələbə qazanan "dəmiryolçular" evdə üstünlüyü əldən veriblər. Qonaq komanda 3:2 hesabı ilə qalib gəlib. Nəticədə cütün taleyi Qızıl set müəyyənləşib. 3:1 hesabı ilə qalib gələn "Azərreyl" ilk finalçı olub.

“Gəncə” isə “Abşeron”dan revanş ala bilməyib. İki görüşdə də asan qələbə qazanan qonaq komanda eyni uğuru bu dəfə də təkrarlayıb.

Qeyd edək ki, reqlamentə əsasən, bu mərhələ iki qələbəyədək davam edib. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşib.

Yüksək Liqa (qadınlar)

2-ci oyunlar

17 aprel

15:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 2:3 (21:25, 25:15, 25:22, 16:25, 10:15), Qızıl set -

15:11

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 3:2

17:00. “Gəncə” - “Abşeron” - 0:3 (17:25, 16:25, 17:25)

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 1:3

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO