Beyləqan şəhərində saxta spirtli içkilərlə bağlı daha bir fakt aşkarlanıb. Magistral küçəsində fəaliyyət göstərən və fiziki şəxs Əliyev Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsi tərəfindən vətəndaş müraciəti əsasında plandankənar yoxlama aparılıb.
Bizim.Media xəbər verir ki, yoxlama zamanı satışda olan “Ağsu”, “Qafqazkaya” və “Belaya” əmtəə nişanlı, ümumilikdə 35 ədəd müxtəlif həcmli spirtli içkinin saxta olduğu müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına təqdim olunub.
Ekspertiza nəticələrinə əsasən məhsulların tələblərə cavab vermədiyi təsdiqlənib və qanunvericiliyə uyğun olaraq həmin içkilərin dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərar qəbul olunub.
Faktla bağlı market sahibinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub Bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:07 / 17.04.2025
Beyləqanda market sahibi məsuliyyətə cəlb edildi – SAXTA ARAQ SATIRMIŞ - FOTO
Hazırda oxunan: Beyləqanda market sahibi məsuliyyətə cəlb edildi – SAXTA ARAQ SATIRMIŞ - FOTO
Hazırda oxunan: Beyləqanda market sahibi məsuliyyətə cəlb edildi – SAXTA ARAQ SATIRMIŞ - FOTO
244643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.