Vətəndaşların bank kartlarından daha 15 min manat oğurlandı

Vətəndaşların bank kartlarından daha 15 min manat oğurlandı

Hazırda oxunan: Vətəndaşların bank kartlarından daha 15 min manat oğurlandı

244601

Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır:
 

"Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pul, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 4 709, 4 000, 2 375, 1 500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.


Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO