Ərdoğan: “Atəşkəsin təminatında Türkiyə də yer alacaq”

Ərdoğan: “Atəşkəsin təminatında Türkiyə də yer alacaq”

Hazırda oxunan: Ərdoğan: “Atəşkəsin təminatında Türkiyə də yer alacaq”

2446

“Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək”.

Bizim.Media TRT-yə istinadla xəbər verir ki, bu sözləri  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, atəşkəsə nəzarət və nəzarət üçün yaradılan Türk-Rus Ortaq Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaqdır:

“Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcəkdir. Beləliklə, Azərbaycan torpaqlarında və Qarabağda 28 illik işğal rəsmi və faktiki olaraq sona çatdı. Qarabağ yenidən hilalın kölgəsində dinc yerini alaraq bir vətənə çevrilir”-deyə Ərdoğan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO