“Metal qoçusu” Rasim Məmmədovla bağlı yeni İZAHAT verildi 

“Metal qoçusu” Rasim Məmmədovla bağlı yeni İZAHAT verildi 

Hazırda oxunan: “Metal qoçusu” Rasim Məmmədovla bağlı yeni İZAHAT verildi 

24454

“"Baku steel" Company”-nin keçmiş rəhbəri Rasim Məmmədovun və "metal qoçu dəstəsinin"  7 il əvvəl təkrar törətdikləri cinayətlə bağlı izahatımı yeniləməyə gəlmişəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri zərərçəkmiş, iqtisadçı-alim Nazim Bəydəmirli “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR


Binəqədi Rayon Polis İdarəsinə təkrar müraciət etdiyini qeyd edən alim qanunun tələb etdiyi müddət ərzində sözügedən məsələ ilə bağlı lazımi prosedur addımların atılmadığını bildirib: 

“Deyəsən siyasi qərar veriblər ki, şikayətim araşdırılsın və ziyan ödənilsin. Ancaq mən bu ölkədə sonadək hüquq mühafizə orqanlarının səmimiyyətinə inanmıram. Hər halda nə edəcəklərini gözləyək. 20 nəfər polisi 7 il əvvəl xidməti vəzifəsini yerinə yetirməyə qoymayan və hadisə yerindən qovan 3 banditi tutacaqlar ya yox?”

Xatırladaq ki, Nazim Bəydəmirli Rasim Məmmmədov həbs olunduqdan sonra zərərçəkmiş kimi tanınmağı üçün Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) ərizə ilə müraciət edib.

Eyni zamanda DTX-nə dəvət olunaraq ifadə verib. Amma hələki qanunla müəyyən olunmuş qaydada zərərçəkmiş kimi tanınmayıb. 2012-ci ilin iyun ayında “Baku Steel Company” şirkətinin sahibi kimi özünü qeyd edən Rasim Məmmədov müxtəlif istehsal sahələrinə ziyan vurub. O cümlədən Nazim Bəydəmirlinin iddiasına görə sahibi olduğu Türkiyə-Azərbaycan birgə müəssisəsi olan “Ataxan” Dəmir Sənaye MMC-yə 5 milyon manat ziyan vurub.

Nazim Bəydəmirlinin sözlərinə görə qarşı tərəfdən ziyanın məbləği ödənilsə, vəsaitləri xeyriyyə məqsədi üçün torpaqlarımızı qanları, canları hesabına qaytaran igidlərimizə xərcləyəcək. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO