Qatlanan "iPhone" nə vaxt BURAXILACAQ?

Qatlanan "iPhone" nə vaxt BURAXILACAQ?

Hazırda oxunan: Qatlanan "iPhone" nə vaxt BURAXILACAQ?

244427

Qatlanan ilk "iPhone" modelində yalnız "Samsung Display" panelləri istifadə olunacaq.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, media və bloqerlər tərəfindən "iPhone Fold" adlandırılan "Apple"ın ilk qatlanan smartfonu yalnız "Samsung Display" şirkəti tərəfindən təmin edilən OLED panellərlə təchiz ediləcək. Bu barədə məlumat "Business Korea" nəşrinə istinadən yayılıb.
 

"Apple"ın yalnız bir təchizatçı - "Samsung Display" ilə işləmək qərarı diqqət çəkib. Belə ki, şirkət adətən xərcləri azaltmaq və keyfiyyəti sabit saxlamaq üçün bir neçə təchizatçı ilə əməkdaşlıq etməyə üstünlük verir.


Məlumata görə, "Apple" "LG Display" və Çin istehsalçısı BOE şirkətinin ekran panellərindən imtina edib.

Bildirilir ki, qatlanan "iPhone"un ekran ölçüsü qapalı vəziyyətdə 5.5 düym, açıq vəziyyətdə isə 7.8 düym olacaq. Daxili məkana qənaət etmək məqsədilə "Apple" bu modeldə "FaceID" texnologiyasından imtina edərək, "TouchID"ni yan düyməyə inteqrasiya etməyi planlaşdırır.

Qatlanan "iPhone"un 2026-cı ilin sonunda təqdim ediləcəyi gözlənilir. Lakin cihazın ilkin tədarük həcmi hələlik təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO