Şimal-Qərb bölgəsində fasilələrlə yağış yağır – FOTO/VİDEO

Şimal-Qərb bölgəsində fasilələrlə yağış yağır – FOTO/VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində fasilələrlə yağış yağır – FOTO/VİDEO

244377

Artıq üçüngü gündür ki, Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu Regional Hidrometereologiya Mərkəzinə istinadən bildirir ki, fasilələrlə yağan yağış bu gün də davam edəcək.
 

Yağıntıların aylıq miqdarı Şəkidə 19 mm, Qəbələdə 18 mm, Zaqatalada isə 20 mm təşkil edir.


Bölgədə hava şəraitinin dəyişməsi, gözlənilən yağıntılarla bağlı əksər dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib. Xüsusən dağ çaylarında baş verə biləcək daşqınlarla əlaqədar su melorasiya sistemləri idarələri, elektrik enerjisi, qaz təchizatı, telefon-rabitə müəssisələrinin işçiləri artıq ikinci gündür növbəlilik əsasında çalışır.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əksər dağıdıcı çayların kənarına ehtiyat ağır texnikalarlar cəlb edilib.
 

Səhər saatlarına olan məlumata əsasən hələlik bölgə rayonlarında sel-su basma yaxud təchizatla bağlı ciddi problem qeydə alınmayıb. Yerli bələdiyyə və icra orqanları ilə daimi əlaqə saxlanılır.


Havaların kəskin dəyişməsi və yağışların intensizləşməsi kənd təsərrüfatı bitkiləri o cümlədən çiçək fazasında olan meyvə ağacları üçün problem yarada biləcəyi ilə bağlı mütəxəssislər xəbərdarlıq edib. Belə ki, yağışlar kəsiləndən sonra aqrokimyəvi tədbirlərin görülməsi zəruridir.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO