13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində 20-dən çox insan həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.
"Süspilne"nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:50 / 13.04.2025
Rusiya Sumı şəhərinə zərbə endirdi: 20-dən çox ölü var - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya Sumı şəhərinə zərbə endirdi: 20-dən çox ölü var - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya Sumı şəhərinə zərbə endirdi: 20-dən çox ölü var - FOTO/VİDEO
243879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.