Lənkəranın Viyən kəndində yaşayan 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədovun vəfat etməsi ilə bağlı üzücü hadisə baş verib. Yaxınlarının bildirdiyinə görə, yüksək hərarətdən əziyyət çəkən İ.Məmmədova ev şəraitində qonşulardan biri tərəfindən antibiotik iynəsi vurulub.
Bizim.Media xəbər verir ki, iynədən dərhal sonra İmranın vəziyyəti qəfil pisləşib və evə təcili tibbi yardım çağırılıb.
Həkim briqadası ünvana çatsa da, artıq gec olub. İ.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun həkiməqədər ölümlə dünyasını dəyişdiyi bildirilib.
Mərhumun meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Rəsmi ekspertiza rəyindən sonra ölümün səbəbi dəqiqləşəcək.
Məlumat üçün bildirək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi fəaliyyət göstərib. Müqaviləsinin başa çatmasından sonra o, toylarda və digər tədbirlərdə video çəkilişlə məşğul olurdu. Həmin gün də onun şadlıq sarayında çəkiliş aparacagı gözlənilirdi.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:04 / 12.04.2025
Lənkəranda operator VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Lənkəranda operator VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Lənkəranda operator VƏFAT ETDİ - FOTO
243808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.