Bu gün ölkəmizdə çox sayda taksi xidməti mövcuddur. İnsanların bir ünvandan digər ünvana çatmasını asanlaşdıran bu xidmətlər bəzən də təhlükə yaradır. Dünən baş verən dəhşətli qəzanı bu təhlükələrdən biri kimi göstərə bilərik.
Son zamanlar taksi şirkətlərinə saxta yollarla qoşulan sürücülərə də rast gəlirik. Bəs başqasının adı və maşını ilə qeydiyyatdan keçən sürücülər cəzalandırılırmı?
MÖVZU İLƏ BAĞLI:
Vətəndaşların taksi xidmətində ən çox narazı olduğu MƏQAMLAR – SORĞU
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat-eksperti Eldəniz Cəfərov bildirdi ki, bu hal doğru deyil:
“Bu məsələyə sürücünün əməkdaşlıq etdiyi, çalışdığı taksi şirkətləri cavabdehlik daşıyırlar. Başqasının adı və yaxud da maşını ilə qeydiyyatdan keçib taksi fəaliyyəti göstərənlər bu xidmətdən uzaqlaşdırılmalıdır”, - deyə ekspert bildirib.
Aygün Hüseyn, Bizim.Media