İsmayıllıda 70 yaşlı qadına uzunqulaq xəsarət yetirib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bürodal kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 70 yaşlı Xəlilova Xəzangül özünün saxladığı uzunqulağı tövlədən çölə çıxartmaq istəyən zaman qəfil heyvan qadını bir neçə yerdən dişləyib.
Xəsarət alan yaşlı qadın yaxınları tərəfindən İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Dərhal qadın tibbi müayinə edilib. Onun qol və boğaz nahiyəsindən ağır xəsarət aldığı müəyyən edilib edilib.
X.Xəlilova ambulator müalicə alaraq evə buraxılıb. Hal-hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.
Bizim.Media, Aran bürosu