"Uçan maşın"dakı sərnişin hadisə anını DANIŞDI: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" - VİDEO

"Uçan maşın"dakı sərnişin hadisə anını DANIŞDI: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" - VİDEO

Hazırda oxunan: "Uçan maşın"dakı sərnişin hadisə anını DANIŞDI: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" - VİDEO

243499

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media ARB TV-yə istinadən məlumat verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib.
 

O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.


Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.

Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı bildirib:

"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO