Putinə nə OLUB?

Putinə nə OLUB?

Hazırda oxunan: Putinə nə OLUB?

243379

“Putin xəstələnib, lakin bu, təlaş və manipulyasiya üçün əsas deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” teleqram kanalı Rusiya prezidenti Vladimir Putinə yaxın mənbəyə istinadla məlumat yayıb.

“Vladimir Vladimiroviç bir az xəstələnib. Virusa yoluxub, hər kəs kimi burun axması və öskürəyi var. Üstəlik, yaş da bir az rol oynayır. Ciddi bir şey yoxdur və demək olar ki, hər şey qaydasındadır.

Bu, əlbəttə ki, internetdə prezidentin “yoxa çıxması” haqqında yazmaq üçün əsas deyil. Xarici agentlər tərəfindən təlaş və manipulyasiya üçün heç bir səbəb yoxdur”, - mənbə bildirib.

Eyni zamanda, mənbə istisna etmir ki, Vladimir Vladimiroviçin “yoxa çıxması” ilə bağlı məlumatlar Rusiyanın və Putinin düşmənləri tərəfindən sifariş edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO