Ağdamda evakuator piyadanı vuraraq öldürüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun “Dördyol 2” qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan "Isuzu" markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Məhəmmədi vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu