Əməkdar artist Gövhər Rzayeva açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişində kişilərin xəyanət etməsindən danışıb.
Qarmon ifaçısı deyib ki, xanımları söz-söhbətə görə ailələrini dağıtmamalıdır:
“Deyirəm ki, ailənizi dağıtmayın. Hər ailədə söz-söhbət olur. Bizim ailədə də olub. Hər bir insanın öz yaşayış tərzi var, elə adam var ki, yağın-balın içindədir. Xəyanəti onda bağışlayaram ki... Həyat yoldaşım desəydi ki, “Gövhər, qarmonu qoy yerə, mən sənə baxıram”. Bu, başqa məsələ. Bir şey ki, özüm qazanıram, özümü idarə edirəm, oda özünü yerbəyer edir. Buna dözmərəm.
“Ərim mənə xəyanət etmir” deyən qadınlardan nadir hallarda özünü aldatmayanı olar. Qadınlığımla göyçək xanım görəndə deyirəm ki, nə gözəldir, bu yazıq kişi nə etsin? Həmişə gözəl xanımların ərləri onlara xəyanət edir. İmamlarımızın neçə xanımı olub. Evdə söz-söhbət madiyyat üstündə olur. Kişi xanımına baxmırsa, o, deyinəcək. Başqasında paltar görür, kişi onu təmin edə bilmir, xanım deyinir.
Hara getsə, axşam evə gələcək. Hara getsə, deyəcəklər, Gövhərin əridir. Üstündə möhürüm var. Gözəl qızlarımız var. Küçə adama nə verir? İndi küçə doludur, gəlin, qız bilinmir. Ailənizi dağıtmayın. Kişi ki, sizi hər şeylə təmin edirsə, ailənizi dağıtmayın, onun geci-tezi var, evinə gələcək”.
Sara, Bizim.Media