Sumqayıtda məşhur restoran BAĞLANDI - FOTO/VİDEO

Sumqayıtda məşhur restoran BAĞLANDI - FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda məşhur restoran BAĞLANDI - FOTO/VİDEO

243079

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin mətbəxində qaz xətti rezin boru ilə birləşdirilib və tavan hissələri yanar material olan lambirlə üzlənilib;

- obyekt yanğınların söndürülməsi üçün su ilə təmin olunmayıb;

- qazanxanaya əlavə əşyalar və yanar materiallar yığılıb;

- obyektin tavan örtüyünün üzlənməsində istifadə olunan dekorativ vasitələrin yanma qrupunun müəyyən edilməsi ilə bağlı müvafiq sənədlər təqdim edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektdə layihədənkənar yenidənqurma işləri aparılıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.


Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Dədə Qorqud” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO