Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Hazırda oxunan: Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

243026

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb.

Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.

Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.

Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO