Qadağa götürülən məkanlarda nəzarətin TƏŞKİLİ  - Zərurətlər yoluxmanı artıracaqmı?

Qadağa götürülən məkanlarda nəzarətin TƏŞKİLİ  - Zərurətlər yoluxmanı artıracaqmı?

Hazırda oxunan: Qadağa götürülən məkanlarda nəzarətin TƏŞKİLİ  - Zərurətlər yoluxmanı artıracaqmı?

24279

Xəbər verildiyi kimi bu gündən Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iri ticarət mərkəzləri, idman zalları, ibadət yerləri, və çimərliklər açılır. Açılan bu məkanlara girişlə bağlı tələb və qaydalar da təsdiqlənib.

Məsələn, fəaliyyətə başlayan iri ticarət mərkəzlərinin (Mallar) nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədədir. İbadət yerinə gələnlər üçün məsafə 4 bir tərəfdən minimum 1,5 metr məsafə ilə nəzərdə tutulub. İdman və sağlamlıq-bərpa obyektlərinə giriş edənlərdən isə COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

“Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olundu 


Məsələ burasındadır ki, qeyd olunan məkanlardan istifadədə müəyyən qaydalar qoyulsa da, məcburiyyətin doğurduğu zərurətlər də var. İri ticarət mərkəzlərinin yeməkxanaları və restoranlarından istifadə edənlərin maskadan istifadəsi məntiqsizləşir. Burada nəfəs-nəfəsə və maskasız əyləşən, eləcə də yemək sifarişi zamanı məsafənin gözlənilməməsi yoluxma riskini daha da artırmış olacaq. Bundan əlavə bəzi idman növlərindən istifadədə maska taxmaq mümkün deyil. Bu zaman da yoluxma riski yüksəlir. 

Maraqlıdır, epidemioloji durumun sabit olduğu və bəzi qadağaların aradan götürüldüyü bir zamanda yuxarıda sadaladığımız tələblərə nəzarət necə təşkil olunmalıdır?

Tanınmış infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya bu barədə fikirlərini bölüşüb. O, deyib ki, sözügedən məkanlarda insan sıxlığının olması yenidən yoluxmaya təsir edə bilər:

“Əlbəttə ki, qeyd olunan məkanlarla bağlı müvafiq qaydalar nəzərdə tutulub. Amma insanlar da özlərini və ətrafındakıları qorumalıdır. Həmçinin məkan sahibləri karantin davranışları ilə bağlı tələblərdə daha diqqətli yanaşmalıdırlar. Kiçik tutumlu idman zallarına böyük həcmdə insan buraxmaq düzgün deyil”.

İnfeksionist tövsiyyə edib ki, yay mövsümündə idman zallarına o qədər də tələb olmasın. İdmanı açıq havada da etmək mümkündür:

“Bəzi idman növlərini maska ilə etmək mümkün deyil. Bu zaman idman zalına aralarında məsafə gözlənilməklə az sayda insan buraxılması daha məqsədəuyğundur. Deyə bilmərəm ki, maskanı çıxarsınlar. Çünki bu, dövlətin icra etdiyi bir qərardır”. 

İri ticarət mərkəzlərinin restoranlarındakı sıxlığa gəlincə, Vüqar Cavadzadə bu məsələdə də həm məkan sahiblərini, həm də insanları məsuliyyətli olmağa çağırıb.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO