Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

Hazırda oxunan: Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

242769

Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
 

Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.


Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. 

Faktla bağlı araşdırma aparılır. ("Unikal")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO