Avtomobilə basqın edib 330 min manat apardılar- FOTO

Avtomobilə basqın edib 330 min manat apardılar- FOTO

Hazırda oxunan: Avtomobilə basqın edib 330 min manat apardılar- FOTO

242751

Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobildə sərnişin olan 3 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332 800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrapıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO