Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Hazırda oxunan: Yol polisi sürücülərə müraciət etdi

242534

Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Sürücülərin diqqətinə çatdırılır:

* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.

* Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.

* Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin.

* Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.

Piyadalara xatırlatma:

* Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin.

* Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin.

* Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO