Seyran Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Seyran Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Seyran Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

242518

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.

Bizim.Media xəbər verir ki, o, Əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.

S.Məmmədov 1980-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib.

2001-2004-cü illərdə "Space" MTRŞ-də ingilis dilində analitik-informasiya proqramının aparıcısı və redaktoru olub.

2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub.

2010-2025-ci illərdə İqtisadiyyat Nazirliyi nəzdindəki Bakı Biznes Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, S.Məmmədov “Bakı Biznes Mərkəzi”nə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO