30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir – SƏBƏB/FOTO

30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir – SƏBƏB/FOTO

Hazırda oxunan: 30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir – SƏBƏB/FOTO

242402

Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib.

SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “metbuat.az”ın sorğusuna cavab verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO