Direktoru olduğu institutun ləğvi ilə bağlı Misir Mərdanovdan AÇIQLAMA

Direktoru olduğu institutun ləğvi ilə bağlı Misir Mərdanovdan AÇIQLAMA

Hazırda oxunan: Direktoru olduğu institutun ləğvi ilə bağlı Misir Mərdanovdan AÇIQLAMA

242386

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bir sıra elmi-tədqiqat institutları birləşdirilib və onların bazasında yeni institutlar yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Misir Mərdanovun institutu LƏĞV OLUNDU


Birləşdirilən institutlar sırasına İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu da daxildir. Belə ki, onların əsasında Riyaziyyat İnstitutu yaradılacaq.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutunun hazırkı direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur.

Bəs, professora yeni yaradılacaq institutda iş təklifi olunarsa, o bu təklifi dəyərləndirəcəkmi?

Misir Mərdanov Bizim.Media-nın bu sualına cavab olaraq sərəncamın yeni verildiyini bildirib:

“Ona görə də bir söz deyə bilmərəm. Gözləyirik”.

Qeyd edək ki, Misir Mərdanovun hazırda 79 yaşı var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO