Kürdəmirdə şəhid anası dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, birinci Qarabağ müharibəsinin şəhidi Abbasov Hamlet Tahir oğlunun anası Abbasova Pəri Abbas qızı dünyasını dəyişib.
Qeyd edək ki, şəhid Hamlet Abbasov 1966-cı ildə Fizuli rayonunda anadan olub və o, 1993-cü ildə Qarabağda gedən döyüşlərdən polis nəfəri kimi döyüşərək qəhrəmancasına həlak olub.
Şəhidun anası bu gün rayon qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin.
Bizim.Media, Aran bürosu