Bildiyiniz kimi, fevralın 28-dən martın 19-na qədər fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə müəllimlərin attestasiyası keçirilib.
Burada 1700 nəfərə yaxın müəllim iştirak edib. Komissiya üzvlərindən olan professor, sənətşünaslıq namizədi, əməkdar artist, əməkdar müəllim Samirə Aşumova fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.
Bizim.Media attestasiya prosesi haqqında Samirə xanımın müsahibəsini təqdim edir:
- Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?
- Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin attestasiya prosesi yüksək səviyyədə həyata keçirilib, xüsusilə prosesin təşkili və forması şəffaf təşkil olunmuşdur.
- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi?
- Ümumiyyətlə attestasiya prosesi çox lazımlı, faydalı və böyük əhəmiyyətə malikdir. Sadəcə, mənim fikrimcə, 5 ildən bir keçirilməlidir. Attestasiyada iştirak edən müəllimlərin hazırlığı daha hərtərəfli və peşakar olmalıdır. Ümid edirəm ki gələcəkdə attestasiyanın nəticələri daha yüksək və keyfiyyətli olacaq, çünki keçirilən attestasiyanın nəticələri sübut edir ki müəllimlərin məsuliyyəti və hazırlığı artmalıdır.
- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?
- Attestasiyanın nəticələrinə uyğun olmayan müəllimlərə öz peşə səviyyəsini artırmaq tövsiyyə edirəm. Növbəti attestasiyada iştirak edən müəllimlər öz ümumi və musiqi mədəniyyətinə daha çox diqqər yetirsinlər, tədris metodikasının qanunlarını və əsaslarını daha yaxşı bilməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:09 / 03.04.2025
Musiqi və incəsənət müəllimlərinin attestasiyaya cəlb olunmasının ƏHƏMİYYƏTİ – Samirə Aşumova ilə MÜSAHİBƏ
Hazırda oxunan: Musiqi və incəsənət müəllimlərinin attestasiyaya cəlb olunmasının ƏHƏMİYYƏTİ – Samirə Aşumova ilə MÜSAHİBƏ
Hazırda oxunan: Musiqi və incəsənət müəllimlərinin attestasiyaya cəlb olunmasının ƏHƏMİYYƏTİ – Samirə Aşumova ilə MÜSAHİBƏ
242253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.