Xırdalanda uşaqlar yanğına səbəb OLDU - YENİLƏNİB - VİDEO

Xırdalanda uşaqlar yanğına səbəb OLDU - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Xırdalanda uşaqlar yanğına səbəb OLDU - YENİLƏNİB - VİDEO

242238

Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində uşaqların yanğına səbəb olması ilə bağlı araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məluat verib.

O bildirib ki, daxil olmuş müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

***14:28 

Fevralın 2-də Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisənin uşaqlar tərəfindən törədilməsi ilə bağlı görüntülər yayılıb.

Videoda bir neçə uşağın yaşayış evinin hasarını aşaraq həyətdə yanğın törətməsi əks olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində taxta tullantılarının yanması barədə məlumat daxil olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub".

Hadisə yerindən görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO