Türkiyə paytaxtı Ankarada başlanan güclü yağış şəhərin bir sıra yerlərində ciddi fəsadlar yaradıb.
Bizim.Media xəbər verir ki, güclü yağışın qısa müddətli olmasına baxmayaraq əsasən çökək ərazilərdə yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Güclü sel və daşqın onlarla minik avtomobilinin yolda qalmasına səbəb olub.
Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi yolların lildən təmizlənməsi üçün təcili tədbirlərə başlayıb.
Güclü yağışlar ölkənin başqa yerlərində də əhaliyə və təsərrüfata böyük zərər vurub. Adana və Bingöldə yolları və tarlaları sel basıb.
Bizim.Media