“Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq” – Əli Nağıyev

“Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq” – Əli Nağıyev

Hazırda oxunan: “Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq” – Əli Nağıyev

242079

Xəbər verdiyimiz kimi, DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub.

Bizim.Media xəbər verir ki, DTX rəisi general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı QEYD OLUNDU –FOTO


Əli Nağıyev ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.

Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO