Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?

Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?

Hazırda oxunan: Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək?

241910

"Bundesliqaya vəsiqə qazanacağımız təqdirdə sözləşmənin müddəti uzadılacaq. Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir".

Bizim.Media xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli deyib.

M.Emreli "Nürnberq"dən ayrılacağı təqdirdə karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verib:

"Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO