Zaqatalada ağır QƏZA: Dörd nəfər xəsarət aldı

Zaqatalada ağır QƏZA: Dörd nəfər xəsarət aldı

Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Dörd nəfər xəsarət aldı

241743

Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili toqquşub.
 

Hadisə nəticəsində Rəhim Laçınovun idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.


Zərbənin təsirindən avtomobilin sürücüsü Rəhim Laçınov, eləcə də avtomobildə olan sərnişinlər Muxax kənd sakinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hər dörd nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO