Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ - FOTO

Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ - FOTO

241660

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə modern.az -a onun yaxınları məlumat verib.

1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirir.

H.İbrahimov ölkəmizin ən yaşlı seçicisi idi. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayır.

O, uzun müddət mühasib vəzifəsində çalışıb. İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.
 

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib. 


Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO