Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib.
Bizim.Media yerli bürosu xəbər verir ki, o, uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu Vətən Müharibəsinə könüllü qatılmışdı. O, bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak edib. Belə döyüşlərdən birində isə ağır yaralanıb.
Veqener qranulomatozu” (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən əziyyət çəkən Nurlan Qasımov müharibədən sonra bir neçə dəfə müayinə və müalicələrə cəlb olunsa da, xəstəliyə qalib gələ bilməyib.
Qeyd edək ki, N.Qasımovun atası bir ay əvvəl müraciət edərək oğlunun səhhəti ilə bağlı yardım istəmişdi.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:09 / 29.03.2025
Səhhəti ağırlaşan qazi vəfat etdi – FOTO
Hazırda oxunan: Səhhəti ağırlaşan qazi vəfat etdi – FOTO
Hazırda oxunan: Səhhəti ağırlaşan qazi vəfat etdi – FOTO
241412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.