Portağal çoxlu vitamin və minerallarla zəngin olduğu üçün bir çox xəstəliklərdə faydalıdır. Onun tərkibində beta karotin, fol turşusu, B qrup vitaminləri, C vitamini, maqnezium, sink, dəmir, fosfor, kalium, kalsium mövcuddur.
Bizim.Media portağalın faydalı olduğu xəstəlikləri təqdim edir.
İmmunitet zəifliyi olanlar qidalarında portağaldan daha çox istifadə etməlidirlər. Portağal C vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirir, soyuqdəymə və qripin qarşısını almağa kömək edir.
Bu meyvə kalium tərkibli olduğu üçün qan təzyiqini tənzimləməyə kömək edə bilər. Ona görə də hipertoniya xəstəliyindən əziyyət çəkənlərə məsləhət görülür.
Portağaldakı C vitamini orqanizmin dəmiri daha yaxşı mənimsəməsinə kömək edir. Bu da dəmir çatışmazlığı olanların dərmanıdır.
Bağırsaq problemi yaşayanların da köməyinə portağal gələ bilər. Belə ki, portağal liflə zəngin olduğu üçün həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır.
Antioksidantlarla zəngin olan portağal damarları qoruyur və xolesterolu aşağı sala bilər. Yəni bu meyvə həm də ürək-damar xəstəliklərində faydalıdır.
Dərisinə görə əZiyyət çəkənlər də portağalı gündəlik qida rasionuna daxil edə bilərlər. Çünki portağalın tərkibindəki antioksidantlar və C vitamini dərini qidalandırır, qocalmanı gecikdirir.
Portağal sidik turşusunu azaltmağa kömək etdiyi üçün böyrək daşlarının yaranma riskini də azalda bilər.
Lakin tərkibində şəkər və turşu olduğu üçün şəkərli diabet və mədə xorası olanlar portağalı istehlak edərkən diqqətli olmalıdırlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:53 / 28.03.2025
Portağal bu xəstəliklərə faydalıdır
Hazırda oxunan: Portağal bu xəstəliklərə faydalıdır
Hazırda oxunan: Portağal bu xəstəliklərə faydalıdır
241389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.