Türkiyə bir həftədir Afrikadan gələn sıx səhra tozunun təsiri altındadır.
Bizim.Media xəbər verir ki, cənub-şərqdən Mərmərəyə qədər bir çox şəhəri sarı və boz səmalarda boğan səhra tozunun ağciyərlərə çatma və xroniki xəstəliklərə səbəb olma riski var.
Mütəxəssislər hətta nəqliyyat vasitələrinin səthini belə saraldan bu tozdan qorunmaq üçün çölə çıxarkən maska taxmaq lazım olduğunu bildirir.
Afrikanın Qərb bölgəsindən gələn sıx səhra tozu Türkiyədə öz təsirini göstərməyə başlasa da, bir çox şəhərlərdə hava az qala sarı rəngdə idi. Meteorologiya Ümumi Müdirliyi toz səbəbiylə narıncı xəbərdarlıq edərkən, mütəxəssislər xüsusilə tənəffüs, ürək və xroniki obstruktiv ağciyər xəstəliyi olanlara diqqətli olmaları barədə xəbərdarlıq edib.
Səhra tozunun Aralıq dənizi sahilləri və İstanbula həftə sonuna qədər təsirini davam etdirəcəyi də bildirilib.
Digər tərəfdən, Dünya Hava Keyfiyyəti Hesabatına görə, Türkiyədə orta hava çirkliliyi 15,3 kubmetrdir. Bu məlumatlarla Türkiyə dünyada sağlam olmayan hava kateqoriyasında 67-ci, Avropada isə 6-cı yerdədir. Həkimlər vurğulayırlar ki, bu müddət ərzində mümkün qədər çölə çıxmamaq və maskadan istifadə etmək lazımdır.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Dünya
17:37 / 28.03.2025
Türkiyədə əhaliyə XƏBƏRDARLIQ OLUNDU: “Maskasız çölə çıxmayın!” - FOTO
Hazırda oxunan: Türkiyədə əhaliyə XƏBƏRDARLIQ OLUNDU: “Maskasız çölə çıxmayın!” - FOTO
Hazırda oxunan: Türkiyədə əhaliyə XƏBƏRDARLIQ OLUNDU: “Maskasız çölə çıxmayın!” - FOTO
241334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.