Zirə” gürcü legionerlə müqaviləni uzadacaq

Zirə” gürcü legionerlə müqaviləni uzadacaq

Hazırda oxunan: Zirə” gürcü legionerlə müqaviləni uzadacaq

240974

“Zirə” klubu heyətindəki daha bir legionerlə müqaviləni uzatmaq istəyir. 

Bizim.Media xəbər verir ki, söhbət gürcüstanlı hücumçu Gioegi Papunaşvilidən gedir. Məşqçilər heyətinin oyunundan razı qaldığı futbolçu ilə yeni müqavilənin imzalanması gözlənilir.
 

Ancaq hələ ki, tərəflər arasında danışıqlar davam edir. Rəhbərlik Papunaşviliyə daha 1 illik müqavilə təklif etsə də, o, hələ dəqiq cavabını verməyib. Mövsümün sonunda Papunaşvilinin “Zirə”də qalıb-qalmayacağı dəqiqləşəcək.


Qeyd edək ki, bu mövsümün əvvəlində “Zirə”yə transfer olunan gürcü futbolçunun müqaviləsi yayda başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO