Zelenski: “Həmin söhbətdə ölkəmin şərəfini müdafiə etdim”

Zelenski: “Həmin söhbətdə ölkəmin şərəfini müdafiə etdim”

Hazırda oxunan: Zelenski: “Həmin söhbətdə ölkəmin şərəfini müdafiə etdim”

240894

Ukrayna prezidenti Vladimir Zelenski ötən ay Oval kabinetdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə mübahisə edərkən Ukraynanın şərəfini müdafiə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski "Time" jurnalına müsahibəsində bu barədə danışıb.

"Niyə ukraynalılar bu müharibənin əvvəlində özlərini müdafiə etdilər? Bu, ləyaqətimiz üçün idi.

Biz özümüzü bir növ fövqəlgüc hesab etmirik... Ləyaqət, azadlıq, demokratiya hisslərimizə gəlincə, xalqımız ayağa qalxır və birləşir... Həmin söhbətdə mən Ukraynanın ləyaqətini müdafiə etdim", -

O vurğulayıb ki, ukraynalılar öz ləyaqətləri, azadlıqları və demokratiya mövzusunda çox emosionaldırlar.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb. Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.

Martın 18-də isə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisəsinin Ukraynaya təzyiq strategiyasının bir hissəsi olduğunu və əvvəlcədən hazırlandığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO