Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi sabah keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə BELTA Belarusun Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
Ölkə Konstitusiyasına görə, prezidentin andı prezident seçkilərindən sonra, amma iki aydan gec olmayaraq, Ümumbelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə qəbul edilməlidir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib.
MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib. Ümumilikdə səsvermədə 5,9 milyondan çox insan iştirak edib (səsvermə hüququ olan təxminən 6,9 milyon insanın 85,69 faizi).
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:12 / 24.03.2025
Sabah Lukaşenkonun andiçməsidir
Hazırda oxunan: Sabah Lukaşenkonun andiçməsidir
Hazırda oxunan: Sabah Lukaşenkonun andiçməsidir
240854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.