Paltar tikir, təsərrüfatda çalışır - 105 yaşlı Meynas nənənin ən böyük ARZUSU – VİDEOREPORTAJ

Paltar tikir, təsərrüfatda çalışır - 105 yaşlı Meynas nənənin ən böyük ARZUSU – VİDEOREPORTAJ

Hazırda oxunan: Paltar tikir, təsərrüfatda çalışır - 105 yaşlı Meynas nənənin ən böyük ARZUSU – VİDEOREPORTAJ

240783

Novruz bayramı günlərində yolumuzu Şabranın Ağbaş kəndindən saldıq. Bu da səbəbsiz deyildi. 

Nəinki Ağbaş kəndinin, Şabranın, hətta şimal bölgəsinin ən uzunömürlü sakini olan Meynas Maqsudova burada yaşayır.

Əvvəlki illərdə ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə evinə daşınan qutu gətirilərkən hazırcavablığı ilə diqqət çəkən Meynas nənəyə həm də dilli-dilavər, gümrah, övladcanlı, uzunömürlü demək olar.


Söhbətə başlayan kimi suallarımıza əhatəli, ətraflı cavab verməyindən Şabranın ən yaşlı sakininin maraqlı bir ömür yaşadığını başa düşdük. Meynas nənə bildirdi ki, Şabranın Baş Əmirxanlı kəndində doğulub, ata-anasını vaxtsız itirib. O, dayısının yanında böyüyüb, amma korluq çəkməyib.

16 yaşında Baş Əmirxanlıdan Ağbaş kəndinə gəlin köçən Meynas nənə Məhəmməd adlı gənclə ailə həyatı qurub. Danışır ki, 20 il əvvəl itirdiyi ömür-gün yoldaşı ona yaxşı baxıb, korluq çəkməyə qoymayıb.


O həm də gəncliyində çox işgüzar olduğunu da açıqlayıb:


"Şitil əkmişəm, pomidor yığımışam, arx qazmışam.Yoldaşım “partkom”, kənd soveti olub. Mənə deyirdi ki, sən işləməsən, başqalarını işə necə çağıraq?!"

Meynas Maqsudova həyat yoldaşı Məhəmmədlə 5 qız,5 oğlan olmaqla 10 övlad böyüdüb. 

Deyir ki, Novruz bayramında bütün övladları, nəvələri onu görməyə gəlib. 


Meynas nənənin 10 övladdan 35 nəvəsi, 80 nəticəsi, 15 kötücəsi var. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO